Sosial mediadan istifadə göz yorğunluğunu artıra bilər | ARAŞDIRMA

Sosial mediadan istifadə göz yorğunluğunu artıra bilər    | ARAŞDIRMA
  23 Avqust 2025    Oxunub:1008
“Journal of Eye Movement Research” jurnalında dərc olunan yeni araşdırma göstərir ki, smartfonlarda gündə cəmi bir saat sosial mediada vaxt keçirmək belə göz yorğunluğuna səbəb ola bilər.
AzVision.az “MedicalXpress” portalında dərc olunan materiala istinadla xəbər verir ki, tədqiqat Hindistanda 30 gənc arasında aparılıb.

İştirakçılar bir saat ərzində elektron kitab oxumaq, video izləmək və sosial media çarxlarına baxmaq üçün smartfondan istifadə ediblər. Göz hərəkətləri isə “Raspberry Pi” və infraqırmızı kamera ilə izlənilib.

Nəticələrə əsasən, sosial media istifadəsi digər fəaliyyətlərlə müqayisədə daha çox göz yorğunluğu yaradır. Bu proses zamanı göz bəbəyi ölçülərində daha çox dəyişiklik müşahidə olunub. Həmçinin, araşdırma göstərib ki, bir saatlıq istifadə ərzində göz qırpma sürəti 54-61% azalır, göz qırpma intervalı isə 39-42% artır. Bu isə gözlərin daha uzun müddət açıq qalması və vizual yorğunluğun güclənməsi deməkdir.

Mütəxəssislərin fikrincə, sosial mediada məzmunun və parlaqlığın tez-tez dəyişməsi yorğunluğu artıran əsas amillərdəndir. Araşdırma nəticələri ictimai səhiyyə təşəbbüsləri üçün vacib məlumat hesab olunur və ekran vaxtının azaldılmasının göz sağlamlığını qorumaqda mühüm rol oynaya biləcəyini vurğulayır.

AzVision.az


Teqlər: Sosialmedia   göz   yorğunluq  



Xəbər lenti